Nağdsız ödənişlərin həcmi artıb


20:54     05 İyul 2019 kart6.jpg

2019-cu ilin may ayında kartlar vasitəsilə həyata keçirilən qeyri-nağd ödənişlərin həcmi 363 milyon manat olub.

Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu məbləğin 247 milyon manatı elektron ticarətin payına düşür, qalan 100 milyon manat ödəniş POS-terminallar, 16 milyon manat isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

2019-cu ilin mayında debet və kredit kartları ilə aparılan əməliyyatların sayında da artım qeydə alınıb. Hesabata əsasən, bu il iyunun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 961 milyon manat olub.

Qeyd edək ki, may ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 6 milyon 968 min ədəd olub. Bunun tərkibinə daxil olan əməkhaqqı, kredit, sosial və digər kartların sayında aprel ayına nisbətən artım qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 360