İranda səs bombası partladılıb


22:46     05 İyul 2019 19_07_05_1562352440.jpg

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində səs bombası partlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Sistan və Bəluçistan əyalət polisi öz məlumatında deyib.

Məlumata görə, səs bombasının partlaması nəticəsində ətrafdakı mağaza və evlərin şüşələri sınıb. Hadisə yerinə baxış keçirən təhlükəsizlik qüvvələri əhalini hadisə yerindən kənarlaşdırıb, axtarış zamanı daha bir səs bombası aşkar olunaraq zərərsizləşdirilib.

Qeyd edək ki, bir neçə gün öncə də Zahidan şəhərində Polis maşınına səs bombası ilə hücum olunmuşdu.

Açar sözlər:

Oxunub: 381