Əbülfəs Qarayev Pires ilə görüşüb


09:25     06 İyul 2019 2019/07/2A5ECAF6-2D5A-4817-8232-99574F37491F_1562390178.jpeg

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 5-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Braziliyanın mədəniyyət məsələləri üzrə katibi (nazir) Henerique Pires ilə görüşüb.

Femida.az xəbər verir ki, Əbülfəs Qarayev ölkəmizin mədəni irsi haqqında söhbət açıb. Bildirib ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və dünyada təbliği dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir, festivallar təşkil olunur.

Nazir iki ölkə arasında əlaqələrə toxunaraq mədəniyyət, xüsusilə musiqi, kino sahəsində əlaqələrin inkişafının böyük perspektivləri olduğunu deyib.

Henerique Pires ölkəmizin zəngin mədəniyyəti ilə bağlı məlumatlı olduğunu bildirib. O, Braziliyada Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “Əli və Nino” romanının çox sevildiyini, əsərin portuqal dilində artıq ikinci nəşrinin hazırlandığını diqqətə çatdırıb.

Qonaq mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, bu xüsusda qarşılıqlı səfərlərin təşkilinin vacibliyini də vurğulayıb. O, həmçinin Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının dünyada mədəni irsin qorunmasına töhfə verəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 511