MSK “Müsavat”ın şikayətinə cavab verdi


21:34     05 Noyabr 2015 msk%20iclas.jpg

Bu gün Mərkəzi Seçki Komiiyasının (MSK) növbəti iclası keçirilib.


Femida.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının 2 noyabr 2015-ci il tarixli iclasın protokolu təsdiq edilib, 2015-ci il noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə və cari məsələlərə baxılıb.

İclasında Müsavat Partiyası üzvlərinin şikayətinə də baxılıb.

MSK üzvü Bəxşeyiş Əsgərov qeyd edib ki, müraciətdə Müsavatın seçkilərdə iştirakı dayandırmasına baxmayaraq, namizədlərin adının seçki bülletenindən çıxarılmadığına etiraz edilib, Dairə Seçki Komissiyalarının (DSK) müvafiq qərarlarının ləğv edilməsini istəyiblər. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, Müsavatın namizədləri dairə üzrə lider namizəddən dəfələrlə az səs yığıblar: “Buna görə də seçicilərin öz seçimini azad ifadə etmədiyi barədə şikayətlər əsassızdır. MSK-nın 29 oktyabr tarixli qərarını Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Bu qərarda göstərilir ki, partiya seçkiyə 10 gün qalmış seçkilərdə iştirakı dayandıra bilər. Bu baxımdan şikayətlərin heç bir əsası yoxdur”.

MSK sədri Məzahir Pənahov da qeyd edib ki, Müsavat namizədlərinin şikayəti öz mənasını itirib. Belə ki, namizədlərin adının seçki bülletenindən çıxarılmaması ilə bağlı məsələyə artıq MSK dəfələrlə münasibət bildirib.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

Açar sözlər:

Oxunub: 1153