Arvadı ilə birlikdə oğurluq edən keçmiş məhkum tutuldu


20:21     06 İyul 2019 ogru%20n.jpg

Bakıda arvadı ilə birlikdə evdən oğurluq edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirliyin "102 – Zəng Mərkəzi" Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #oğru   #DIN  

Oxunub: 340