Mağazadan geyim əşyaları oğurlayan şəxslər saxlanıldı


12:30     06 İyul 2019 publraf.com1423305887hebs-a.jpg

İyulun 5-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 327