Təqsirləndirilən şəxs: “İmzalar saxtadır” - MƏHKƏMƏDƏN


21:53     05 Noyabr 2015 publika.az1404986369Aqir-Cinayetler-mehkeme-zal-main%20(1).jpg


Femida.az xəbər verir ki, bu gün Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Lətifov Lətif Tahir oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilb.


Hakim Əflatun Osmanovun sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin vəkili olmadan keçirilib. Lətifov Lətif Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (mənimsəmə və ya israf etmə) ilə təqsirli bilinir. Məhkəmənə açıq elan edən hakim təqsirləndirilən şəxsə məhkəmənin tərkibinə etirazı olub-olmadığını soruşdu.

Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdi. Bundan sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə işin halları ilə bağlı suallar verdi.

Prokuror ondan işə nə vaxtdan başlamasını soruşdu.

Təqsirləndirilən şəxs:
“ Mən ekspeditor kimi 2014-cü ilin aprel ayının 19-dan “Nataktari” firmasında işlədim. Orada işlədiyim vaxt şirkətin mühasibinin razılığı ilə 2.000 manat pul götürdüm. Bu satdığım malın pulu idi. Sonradan isə yenə də, şirkətin razılığı ilə əlavə 1000 manat da, götürdüm. Onlarla razılaşdıq ki, həmin pulları aylıq maaşımdan çıxmaqla ödəyim.”

Prokuror: Bəs siz borcunuzdan nə qədər ödədiz?

Təqsirləndirilən şəxs:
“ Bundan 1 ay sonra işdən çıxdım. Ona kimi 200 manat pul ödədim.”

Prokuror: Siz qeyd edirsiniz ki, sizin şirkətə borcunuz cəmi 3.000 manatdır. Onlar isə şikayət ərizəsində qeyd edirlər ki, onlara borcunuz 15.000-a yaxındır. Bunu necə izah edirsiniz?

Təqsirləndirilən şəxs:
“ Bəli, onlar əvvəlcə bu məbləğin 19.000 manat olduğunu qeyd edirdilər. Bununla bağlı karrupsiya idarəsində araşdırma aparıldı. Orada məlum oldu ki, mənim adıma qaimələr yazılıb. Ancaq imzlar mənə məxsus deyil.Ekspertiza təyin edildi. Buna görə də, həmin puldan 4.000 manat çıxıldı. İndiki, qeyd olunan 15.000 manatın qaimələrinin içərisində mənim imzalarım olmayan qaimələr var.”

Prokuror: Siz malları müştərilərə təhvil verərkən qaimələrə qol çəkdirirdiniz?

Təqsirləndirilən şəxs :
Xeyr. Bizdə elə bir qayda yoxdur. Yalnız ayın sonunda tərəflər arasında üzləşmə aktı aparılır. Bundan sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsin özünü düzgün müdafiə edə bilmədiyi əsas gətirərək növbəti prosesə kimi onun dindirilməsini təxirə salınmasını təklif etdi. Həmçinin iş üzrə şahid kimi iki nəfərin növbəti prosesə gətirilməsi üçün vəsatət verildi.

Növbəti məhkəmə iclası 18 noyabr 2015- ci il tarixinə təyin olundu. Xatırladaq ki, təqsirləndirilən şəxs Lətifov Lətif Tahir oğlu 19 aprel 2014-cü il tarixdən 31 iyun 2014-cü il tarixədək “Nataktari” firmasında ekspeditor işləyib. Həmin vaxtda şirkətin pullarını mənimkəməkdə ittiham olunur.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1986