“Neftçi”nin veteran futbolçusu vəfat edib


15:36     06 İyul 2019 2019/07/715d2054a46b04b_1562404796.jpg

“Neftçi” klubunun veteran futbolçusu Ələddin Ələkbərov vəfat edib.


Yaxınlarının Femida.az-a verdiyi məlumata görə, 59 yaşlı veteran futbolçu bu gün Bakıdakı özəl klinikalardan birində keçinib. O, böyrək çatışmazlığından həyatını itirib.

Qeyd edək ki, Ə. Ələkbərov 1960-cı ildə anadan olub. Yarımmüdafiəçi ampluasında çıxış edən Ə. Ələkbərov 1980-1984-cü illər ərzində “Neftçi”nin heyətində 64 oyun keçirib, 2 qol vurub.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 659