Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında çıxış ediblər


15:49     06 İyul 2019 2019/07/30_summer_universiade_napoli_2019_logo_060719_1562405548.jpg

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.



Azərbaycan Qılıncoynatma Federasiyasından Femida.az-a verilən məlumata görə, kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub.

Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış ediblər. Qrup mərhələsini üç qələbə ilə başa vuran Ruslan Həsənov otuzikidəbir finalda isveçrəli Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsində eyni nəticəni göstərən Xalid Əliyev isə otuzikidəbir finalda Hyomin Yanqa (Cənubi Koreya) 7:15 hesabı ilə məğlub olub.

Fərrux Səfərov isə qrupda keçirdiyi altı görüşdən ikisində qalib gəlsə də, bu nəticə onun pley-offa yüksəlməsinə imkan verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 461