Gədəbəydə məsul vəzifəyə TƏYİNAT


15:10     06 İyul 2019 19_07_06_1562405629.jpg


Gədəbəy rayon Təhsil Şöbəsinə müdir təyin edilib.


Femida.az-ın məlumatına görə, bu vəzifəyə Murad Bayramov təyinat alıb.

O, bundan əvvəl Gədəbəydə Zəhmət kənd orta məktəbinin direktoru işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramovun əmri ilə Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev işdən azad edilib.

Femida.az

Açar sözlər: #Gədəbəy  

Oxunub: 663