Əfqanıstanda "Taliban" hücumu - 9 polis öldü


13:41     06 İyul 2019 2019/07/taliban_261015_1562406111.jpg

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində “Taliban” silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib.


Femida.az-ın məlumatına görə, hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.

Daha 10 nəfər isə yaralanıb.

Polislərin açdığı cavab atəşi nəticəsində 10 silahlı məhv edilib, daha 15 nəfər yaralanıb.

Atışma zamanı, həmçinin 6 polis əməkdaşı yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 354