Ötən ay sürət qatarlarının 74 faizi dolub


13:43     06 İyul 2019 2019/05/suret_qat_1557918235.jpg


“Ötən ay sürət qatarlarında doluluq nisbəti 74% təşkil edib”.


Femida.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, bu, yaxşı göstəricidir.

“Nəzərə alın ki, həmin qatarlar 360 yer tutur. Gəncə istiqamətində isə demək olar ki, yer tapılmır. Bakı şəhər ətrafı dəmir yolu infrastrukturu genişlənməlidir. Çünki avtomobillərin sayı artır. Artıq Bakı şəhərində 1,5 mln. avtomobil var. Amma bir qatar 10-15 ədəd avtobusu əvəz edir. Üstəgəl avtobuslardan çıxan zərərli qazlar ekologiyaya mənfi təsir etdiyi halda qatarlar ekoloji təmizdir”, - deyə C.Qurbanov əlavə edib.

Femida.az

Açar sözlər: #qatar  

Oxunub: 413