Türkiyədə azərbaycanlı qadın güllələndi


18:28     06 İyul 2019 19_07_06_1562422840.jpg

Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə qətlə yetirilib.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla öldürüldüyünü müəyyən ediblər.

Qadının evində iki güllə gilizi tapılıb. Qətli törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 430