48 yaşlı kişi körpüdən yıxılıb öldü

48 yaşlı kişi körpüdən yıxılıb öldü


19:38     06 İyul 2019 19_07_06_1562425913.jpg

Göyçay sakini Goranboyda körpüdən yıxılıb.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Göyçay sakini, 1971-ci il təvəllüdlü Gülməmmədli Aslan Yolçu oğlu avtomobili ilə hərəkətdə olarkən maşının benzini qurtarıb. O, benzin almaq üçün piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində gedən zaman qaranlıq olduğundan körpüdən yıxılıb. Bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilsə də, onu həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 261