Maşını dirəyə çırpdı: yaralılar var


10:27     07 İyul 2019 19_07_07_1562480329.jpg

Ötən gecə saatlarında Balakən-Kortala avtomobil yolunda qəza baş verib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Xəzər Bəşir oğlu Eminov idarə etdiyi "VAZ" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı dirəyə çırpıb. Qəza zamanı X.Eminov, avtomobildə olan onun həmkəndliləri 1991-ci il təvəllüdlü Elnur Mehman oğlu Şıxıyev və 1988-ci il təvəllüdlü Anar Abdulla oğlu Şıvlıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan X.Eminovun müalicəsi Reanimasiya, E.Şıxıyevin müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır. A.Şıvlıyevin xəsarətləri ağır olmadığı üçün həkim nəzarətində saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 380