Prezidentdən Nəqliyyat Nazirliyi ilə bağlı sərəncam


23:53     05 Noyabr 2015 prezident73.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 1488