Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb


16:20     07 İyul 2019 denizdebatdixezerde.jpg

Göygöldə Gəncəçay çayında batan hər iki şəxsin meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, axtarışlar nəticəsində 2007-ci il təvəllüdlü Rüzgar Rizayevin də meyiti tapılıb. Hər iki meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, çayda batan yeniyetmələr 2004-cü il təvəllüdlü Akif Arzu oğlu Rzayev və 2007-ci il təvəllüdlü Rzayev Rüzgar Famil oğlu Gəncə şəhər sakinləridir və həmin yerə çimmək üçün gediblər. Lakin suvarma kanalında çimərkən batıblar.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 366


Oxşar xəbərlər