ABŞ qoşunu Suriyadan çıxarır, Almaniyanı dəvət edir


17:11     07 İyul 2019 19_07_07_1562501547.jpg

ABŞ Almaniyanı Suriyaya qoşun göndərməyə çağırıb.

Bunu Welt nəşrinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.


Bildirilir ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsi zərurətidir.

Ceffri ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə

ümid bəslədiyini vurğulayıb. O həmin bölgədə beynəlxalq mövcudluğun vacibliyini önə çəkib və Türkiyə ilə təhlükəsizlik zonasının yaradılması haqqında danışıqların aparıldığını bildirib.

Açar sözlər:

Oxunub: 287