PKK-nın böyük silah anbarı aşkar edildi


19:24     07 İyul 2019 2019/07/CC04A66C-3274-4E61-8C9A-CD19F0181CE8_1562513627.jpeg




Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonu ərazisində PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Femida.az xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük silah anbarı aşkar olunub. Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.

Sırnak bölgəsindəki Gabar dağı ətəklərində isə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilmiş əməliyyatda 2 terrorçu məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 543