İran uranı daha çox zənginləşdirməyə hazırdır


20:00     07 İyul 2019 2019/07/28B9BBAB-622C-4C0B-8457-3CC575FCE2CE_1562514440.jpeg

İranın ali ruhanisinin əsas müşaviri deyir ki, İslam Respublikası uranı 2015-ci ildə əlavə olunan razılıqda təyin olunan limitdən daha yüksək səviyyədə zənginləşdirməyə hazırdır. İran Avropaya razılığa yeni şərtlər əlavə etməsi üçün bazar gününədək möhlət verib.

Femida.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Əli Əkbər Vəlayəti video mesajında bildirir ki, "amerikalılar birbaşa, avropalılar isə dolayı yolla razılığı pozub". Razılığı imzalayan avropalı tərəflər İranı prezident Donald Trampın ötən il ABŞ-ın razılıqdan geri çəkiləndən sonra tətbiq etdiyi iqtisadi sanksiyalardan yan keçməyin yolu ilə təmin etməlidir.

Bunlar Amerika Yaxın Şərqə minlərlə qoşun, təyyarə daşıyıcısı, nüvə imkanlarına malik B-62 bombardmançısı və döyüş təyyarələri göndərəndən sonraya təsadüf edib. Hörmüz boğazı yaxınlığında neft tankerlərinə müəmmalı hücumlar, Yəməndə İranın dəstəklədiyi üsyançıların Səudiyyə Ərəbistanına hücumları və İranın ABŞ-ın hərbi dronunu vurması regionda geniş miqyaslı münaqişənin başlayacağına dair narahatlıqlara səbəb olub.

Nüvə razılığına əsasən, İran uranı 3.67 faizdən çox zənginləşdirməməyə razılıq vermişdi. İran nüvə silahı istehsal etmək istədiyini inkar edir, lakin razılıq uranın zənginləşdirilməsini və İranın uran ehtiyatını 300 kiloqramla məhdudlaşdıraraq bu ehtimalın qarşısını alıb.

İran və BMT-nin müfəttişləri bazar ertəsi İranın uran ehtiyatının limiti keçdiyini təsdiqləyib. Ekspertlər düşünür ki, ehtiyat limitini keçərək və əlavə zənginləşdirmək səviyyələrini artıraraq İran nevə silahını artırmaq üçün kifayət qədər materiala sahib olacaq.

İranın uranın zənginləşdirməsini hansı səviyəyədək artıracağı bəlli deyil. Lakin Vəlayəti öz çıxışında beş faizdən bəhs edib.

İran 2014-cü ilin yanvarında nüvə razılığı ilə bağlı danışıqlar davam edərkən uranı 5 faizdən çox zənginləşdirməyə son qoyub.

ABŞ bildirib ki, Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Ceki Uolkot Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran rejiminin nüvə proqramı ilə bağlı narahatlıq doğuran hesabatını müzakirə etmək üçün xüsusi iclas keçirməyi tələb edib. Həmin görüş çərşənbə gününə təyin olunub.

İranın BAEA-nın qərargahlandığı Vyanadakı diplomatik nümayəndəsi ABŞ-ın ötən il razılıqdan geri çəkilmək addımını "kədərli istehza" adlandırıb.

Bu arada isə şənbə günü radikal Kayhan qəzeti Cəbəllütariqdə Suriyaya doğru irəliləyən İranın neft tankerinin ələ keçirilməsinin qisasını almağa çağırıb.

Cəbəllütariqin rəsmiləri deyib ki, Avropa İttifaqının Suriya sanksiyalarını pozaraq iki milyondan çox neft daşıyan Grace 1-i onlar ələ keçirib, lakin İspaniya tankeri ələ keçirmək göstərişinin Bİrləşmiş Ştatlardan gəldiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 358