Zaqatala və Ağcəbədidə yanğın olub


21:03     07 İyul 2019 yangin_38673636.jpg

Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 300 kq ot bağlaması yanıb.

FHN-dən Femida.az -a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Salmanbəyli kəndində isə ümumi sahəsi 50 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 509