Deputatlar sabah Milli Məclisə toplanır


09:16     08 İyul 2019 19_07_08_1562563056.jpg


Sabah – iyulun 9-da Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.


Femida.az xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.

Femida.az

Açar sözlər: #parlament  

Oxunub: 399