Yük maşını “BakuBus”a çırpıldı - Yaralılar var+Video


09:30     08 İyul 2019 2019/07/316628_0_1562563971.jpg

Gecə saatlarında Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili idarəetməni itirməsi nəticəsində 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.



Açar sözlər:

Oxunub: 1315