Polisin qolunu kəsən İqtisad Universitetinin tələbəsi həbs edilib - VİDEO


10:14     08 İyul 2019 2019/07/hebs85_1562566993.jpg

Bakıda Yol polisi qaydaları kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirib.

İTV-nin "Qanundan kənar" verilişində yayımlanan kadrlarda avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi ehtimal olunan tələbə süni tıxac vasitəsi ilə saxlanılıb. Məlum olub ki, həmin şəxs İqtisad Universitetinin 4-cü kurs tələbəsi Kamran Həsənovdur.Avtomobil saxlanılan zaman onun avtomobilindən energetik içkilər və şiprits aşkarlanıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Qaydaları pozan şəxslər arasında müğənni Aysel Əlizadə də yer alıb.

Ayselin avtomobilinin 204 manat cəriməsi olduğu bəlli olub. Polis əməkdaşları müğənniyə borcunun məbləğini göstəriblər.

Daha sonra saxlanılan digər sürücünün baxça müdrəsi olması məlum olub. Reyddən geniş videonu təqdim edirik:


Açar sözlər:

Oxunub: 2073