Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda - Foto


10:26     08 İyul 2019 19_07_08_1562567325.jpg


İyulun 4-7-də Polşanın Qdansk şəhərində Vəkillərin Avropa Assosiasiyasının və Qdansk Regional Vəkillər Kollegiyasınn təşkilatçılığı ilə “Fərdi məlumatların mühafizəsi: nəzəriyyə və təcrübə” başlığı altında beynəlxalq konfrans keçirilib.

Femida.az xəbər verir ki, konfransın məqsədi Şərqi, Mərkəzi Avropa və digər ölkələrın vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi təşkil edir.

Tədbirdə Vəkillərin Avropa Assosiasiyasının prezidenti Maria Slazak, Kalininqrad Vəkillər Kollegiyasının sədr müavini Aleksey Sozvaryev, Özbəkistan Vəkillər Kollegiyasının sədr müavini Şuxrat Sadıxov, Qazaxıstan Vəkillər Kollegiyasından Segey Sizintsev, Belarus Vəkillər Kollegiyasının sədri Viktor Çayçits və digər ölkələrin vəkillər assosiasiyalarının rəsmi şəxsləri iştirak ediblər.

Konfrans ərzində Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Polşa, İspaniya, Belarus, Qazaxstan, Özbəkistanda fərdi məlumatların mühafizəsinin qanunvericilik rejimləri barədə ətraflı təqdimatlar dinlənilib.

Ölkəmiz tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Pərviz Ələkbərov tərəfindən təmsil olunub. Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycanda fərdi məlumatların mühafizəsinin qanunvericilik təminatları” mövzusunda təqdimatla çıxış edib.



Femida.az

Açar sözlər: #vəkil   #VK   #kollegiya  

Oxunub: 2071