"Azərbaycan diplomatiyası asan yol keçməyib" - Hafiz Paşayev


10:47     08 İyul 2019 2019/07/hafiz-pasayev_1562568617.jpeg

Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.


Femida.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə beynəlxalq konfransda çıxışı zamanı deyib.

H.Paşayev qeyd edib: "Ötən il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. ADA Universitetində bu münasibətlə müxtəlif tədbirlər keçirildi. Bu il isə biz Azərbaycn diplomatiyasının 101 illiyini qeyd edirik".

Xarici İşlər nazirinin müavini vurğulayıb ki, artıq 30 ildir ki, Azərbaycan beynəlxalq diplomatiyanın bir hissəsidir.

H.Paşayev əlavə edib ki, Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.

Qeyd edək ki, ADA Universitetində Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə konfrans keçirilir.

Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 683