Nəvə nənəsinin evindən oğurluq etdi - Tovuzda
11:09 08 İyul 2019
Tovuz rayonunda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, iyulun 4-də Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N. Paşayev saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 507
Oxşar xəbərlər
- Baba və nəvə yol qəzasında öldü
- Bakıda nəvə və nənənin evdən meyiti tapılıb
- Nəvə babasının evini yardı, qızılları apardı
- Bakıda baba və nəvə dənizdə boğularaq ölüb
- Nəvə 80 yaşlı nənəsinin 3 min manatını oğurladı, tutuldu - TƏFƏRRÜAT
- Bakıda DƏHŞƏT! Nənə və nəvə qəzada öldü
- Nəvə babasının 900 dollarını oğurladı - Ağcabədidə
- Nəvə babasının külli miqdarda pulunu oğurladı - AZƏRBAYCANDA
- Nəvə nənəsini öldürüb, qızıllarını oğurladı - Dəhşətli qətl
- Kişi arvadını, nəvə nənəsini öldürdü - ABŞERONDA