Rusiyada itkin düşmüş azərbaycanlı tapıldı
11:20 08 İyul 2019
İyulun 5-də Rusiyanın Volqoqrad vilayətində itkin düşmüş azərbaycanlı Vaqif Zingirov tapılıb.
“Bloknot Volqoqrada” xəbər verir ki, o, iyulun 7-də gecə saatlarında sağ vəziyyətdə aşkarlanıb.
V.Zingirovun həyat yoldaşı Diana deyib ki, əri kəndə qonaq gedib və qayıdıb:
“Telefonu isə olmayıb, itirib”.
Xatırladaq ki, Volqoqrad vilayətinin Krasnoarmeysk rayonunda yaşayan Zingirov Vaqif Qiyamət oğlu iyulun 5-də evdən çıxıb və geri dönməyib.
184 sm boya malik V.Zingirov evdən çıxarkən əynində mavi cins şalvar və qısaqol qara zolaqlı ağ köynək olub. Sözügedən şəxs gedərkən pasportunu da özü ilə götürüb.
Oxunub: 339
Oxşar xəbərlər
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub
- Rusiyada təyyarə qəzası olub, ölənlər var
- Rusiyada 10 gün öncə radardan itən təyyarə tapılıb
- Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb
- Rusiyada təyyarə qəzasında ölənlərin sayı artıb
- Rusiyada "An-2" təyyarəsi radardan itib
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb