İki həftə öncə gənci öldürdülər, indi tutuldular


11:52     08 İyul 2019 2019/07/70a861da077e30243c8ce8424cb6ce9b_1562572393.jpg

Bakıda gənclər arasında mübahisə sonda qətllə nəticələnib.

Femida.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, iyunun 24-də Nizami rayonunda 1987-ci il təvəllüdlü Samir Həsənov naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

İstintaq zamanı onu münaqişə zəminində öldürməkdə şübhəli bilinən Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü İlqar Əliyev və Lənkəran şəhər sakini, 1988-ci il təvəllüdlü Ülvi Hüseynov saxlanılıb.

İstintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 319