Daş karxanasında bədbəxt hadisə olub, fəhlə ölüb


12:26     08 İyul 2019 19_07_08_1562574417.jpg

Qaradağda daş karxanasında bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, təcili tibb yardım stansiyasından hüquq-mühafizə orqanlarına rayonun Səngəçal qəsəbəsi, “Norm” Sement Zavodunun yaxınlığında yerləşən “Karvan” adlı daş karxanasında fəhlənin ölməsi bağlı məlum daxil olub.

Araşdırmalar zamanı müəyyən olunub ki, “KamAZ” markalı yük avtomobilinin mülkiyyətçisi Amil Zahirov hadisə baş verən daş karxanasına gələrək satmaq üçün aldığı mişar daşlarını yükləyən zaman avtomobilin təkəri yerindən çıxaraq fəhlə, 1990-cı il təvəllüdlü Rəhman Elham oğlu İsfalıyevin başına düşüb. Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) və 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkənin sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddələri cinayət işi başlanıb, istintaq davam etdirilir.

Açar sözlər:

Oxunub: 447