Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO


12:39     08 İyul 2019 19_07_08_1562575205.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev verib.


Femida.az xəbər verir ki, bu barədə H.Anatollu Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib.

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir".

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa QasımovaŞ Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.


Açar sözlər:

Oxunub: 883