İrandan Azərbaycankı seçki ilə bağlı ilkin MÖVQE


02:22     06 Noyabr 2015 iran3.jpg

Azərbaycanda yeni parlamentin formalaşması rəsmi Tehran ilə Bakı arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcək.


Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam xarici jurnalistlər üçün Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib.

Nazirlik rəsmisi parlament seçkilərinin sabitlik şəraitində və qanunauyğun keçdiyini bildirib, bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib. (Azərtac)

Açar sözlər:

Oxunub: 949