İyunda Bakı avtovağzalından 287 min sərnişin daşınıb
14:53 08 İyul 2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb.
BBAK-dən Femida.az-a verilən məlumata görə, bu ilin iyun ayı ərzində ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb. Sərnişinlərdən 260 mini şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb.
Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub. Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir.
Qabaqcadan satış kassalarından və “onlayn” qaydada bilet alanların sayı 15 mindən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb.
Ötən ilin iyun ayı ilə müqayisədə beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur.
Femida.az
Oxunub: 925
Oxşar xəbərlər
- BBAK-ın mətbuat katibi vəzifəsindən ayrıldı
- 14 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
- 12 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
- Subbakalavrların ərizə qəbulu davam edir
- İmtahansız qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu başlayır
- Avtovağzaldan daha bir yenilik
- Subbakalavrların ərizə qəbulu başa çatıb
- "Vətəndaşlar qanuni daşımalara üz tutmalıdır" - BBAK-dan Masallıdakı qəzaya MÜNASİBƏT
- Bakı-Batumi avtobuslarında - wi-fi, kondisioner, pulsuz çay-qəhvə olacaq
- Avtovağzal gücləndirilmiş iş rejiminə keçir - Bayrama görə