Çirkab suları dənizə axıdan istirahət mərkəzləri cərimələnib


15:54     08 İyul 2019 2019/07/cimerlik_12_1562586933.jpg


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.


DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #çimərlik  

Oxunub: 397