Zelenskidən Putinə gözlənilməz təklif - VİDEO


16:36     08 İyul 2019 19_07_08_1562589484.jpg


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyalı həmkarı Vladimir Putinə Minskdə görüşməyi təklif edib.


Femida.az xəbər verir ki, bu haqda RİA Novosti yazır.

Ukrayna prezidentinin sözlərinə görə, görüşdə ABŞ, Fransa, Böyük Britaniya və Almaniya liderləri Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkel də iştirak etməlidirlər.

Görüşdə Krım və Donbas məsələlərinin müzakirəsi nəzərdə tutulub.

İki lider arasında görüşün keçirilməsi təşəbbüsü Ukrayna və Rusiya telekanalları arasında "Danışmaq lazımdır" adlı telekörpünün baş tutacağına dair elandan sonra yaranıb.

Kreml artıq Zelenskinin təklifinə reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva təklifi nəzərdən keçirəcək. Onun sözlərinə görə, bu cür dialoqun perspektivli olub-olmayacağını aydınlaşdırmaq lazımdır.



Femida.az

Açar sözlər: #Ukrayna   #Rusiya  

Oxunub: 526