Məcburi köçkünlər üçün tikilən evlərə yerləşdirilmə başlandı
17:20 08 İyul 2019
Bakının Pirallahı rayonunda salınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, iyulun 8-də yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib.
Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ölkədə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsi yeni yaşayış sahəsi ilə təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşyır. Qəzalı vəziyyətdəki müvəqqəti yaşayış yerlərində, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər, Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, Pirallahı rayonunda yeni yaşayış kompleksi dövlət başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən inşa olunub. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada ikisi 72, biri isə 162 mənzilli üç doqquzmərtəbəli yaşayış binası və məktəb tikilib. Ərazidə infrastrutur obyektləri inşa olunub, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il iyulun 5-də açılış mərasimi keçirilən kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək.
Femida.az
Oxunub: 491
Oxşar xəbərlər
- Məcburi köçkünlər ev məsələsinə görə məhkəməyə verilir
- Məcburi köçkünlərin binasında yanğın, 20 nəfər təxliyə edilib
- Məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir
- Məcburi köçkünlər arasında qayıdışla bağlı sorğu başladı
- Məcburi köçkünlərin qayıdışı müzakirə olundu
- Məcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanıb
- Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlar
- Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu daha bir tenderə yekun vurub
- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 7 mln manatlıq tenderə yekun vurub
- Məcburi köçkünlər üçün evlərin tikintisi davam etdiriləcək