Aliment borcunu ödəmədiyinə görə 1020 nəfər həbs olunub
18:23 08 İyul 2019
Bu ilin 6 ayı ərzində ölkədə aliment borcunu ödəmədiyi üçün həbs edilənlərin sayı açıqlanıb.
Ədliyyə Nazirliyindən bildirilib ki, ilin ilk 6 ayı ərzində 1020 şəxs aliment borcunu ödəməkdən qəsdən yayındığına görə inzibati qaydada həbs edilib. Bundan əlavə həmin dövr ərzində 3198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə isə, 2018-ci il dekabrın 31-dək baxılan mülki məhkəmələrin sayı 184 047 olub ki, onun da 871-i alimentin alınması tələbləri ilə bağlıdır.
Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub. Qeydiyyat şöbələri tərəfindən dörd ay ərzində 18273 nikah və 5562 boşanma halı qeydə alınıb. / APA
Femida.az
Oxunub: 691
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Aliment borcuna görə axtarışa verilən şəxslərin sayı açıqlanıb
- Məhkəmələrdə aliment tutulmasına dair işlərə iki ay müddətində baxılacaq
- Ötən il Dövlət Komitəsinə 6,5 min müraciət i olub - Əksəriyyəti alimentlə bağlıdır
- Bu il aliment borcunu ödəməyən 943 nəfər həbs edilib
- Aliment ödəməyən ata həbs olundu - VİDEO
- Ötən il aliment borcunu ödəməyən 2011 nəfər həbs edilib
- Alimenti ödəyə bilməyən 38 kişi barəsində cinayət işi başlanılıb
- Aliment və icra borclarını ödəmək "ASAN"laşdı
- 2019-cu ildə Ombudsmana 25 min müraciət edilib - Aliment problemi birincidir