Bakıda bu yollarda “Sarı zolaq”- Siyahı

Bakıda bu yollarda “Sarı zolaq”- Siyahı


19:58     08 İyul 2019 19_07_08_1562600334.jpg

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən xəbərə görə, ilk “Sarı zolağ"ın çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.

Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar.


Açar sözlər:

Oxunub: 300