Moskvadan Putinin təhqir olunmasına iki sözlük - Reaksiya


20:20     08 İyul 2019 19_07_08_1562601863.jpg

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif “Rustavi-2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

Femida.az -ın xəbərinə görə, Zaxarova qalmaqala reaksiyasında sadəcə iki sözdən istifadə edib.

“Gürcülərin bədbəxtçiliyidir...”, - deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər. Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

Açar sözlər:

Oxunub: 538