Müəllimlik imtahanında ən yüksək bal 58 olub


20:58     08 İyul 2019 19_07_08_1562602840.jpg

İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə yüksək nəticə göstərilib

Təhsil Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, namizədlərdən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb.
Nərmin Ənvərli 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix müəllimlyi ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə isə həmin universitetin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir.
İmtahanlar iyulun 24-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 446