Yolu keçən piyadanı maşın vurdu


21:40     08 İyul 2019 piyada5.jpg

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, insident Bakı-Quba yolunun 20-ci kilometrliyində qeydə alınıb. Belə ki, yolu keçən piyada 1988-ci il təvəllüdlü Hüseynov Rasim Tahir oğlu “Mercedes” markalı avtomobillə vurulub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 458