Masallıda FACİƏ: Yük maşını mikroavtobusla toqquşdu - 8 nəfər ölüb


08:40     09 İyul 2019 2019/07/E6431E92-A1F9-4BE7-AAB2-296C5510A19B_1562647293.jpeg

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.

Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 859