Hacıqabulda iki "KamAZ" toqquşub - Ölən var


09:10     09 İyul 2019 trend_kamaz_crash_250912_1.jpg

Hacıqabul rayonunun Muğan qəsəbəsində "KamAZ" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "KamAZ" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Tağıyev Fikrət Əvəz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 284