Sabunçuda “Mercedes" yanıb


09:30     09 İyul 2019 yangin_masin_456.jpg

Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” minik avtomobilinin mühərrik hissəsi qismən və ön təkəri yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 345