DOST mərkəzində 15 mininci vətəndaş - FOTO
09:52 09 İyul 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 15 mininci vətəndaş müraciəti qeydə alınıb.
Qurumdan Femida.az-a verilən məlumata görə, müraciəti paytaxtın Səbail rayon sakini 30 yaşlı Nigar Mirzəcanova edib. Vətəndaş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağına qulluğa görə ona Prezident təqaüdünün təyin edilməsi ilə əlaqədar müraciət edərək DOST mərkəzinin xidmətindən faydalanıb.
15000-ci müraciətin sahibi olan Nigar Mirzəcanovaya bu münasibətlə DOST mərkəzinin direktoru Seymur Alıyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. N.Mirzəcanova vətəndaşlara “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, rahatlıq prinsipləri əsasında xidmət göstərən belə bir mərkəzin açılmasından, burada ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.
9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 400-500 arası vətəndaş müraciəti qeydə alınır. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.
Femida.az
Oxunub: 589
Oxşar xəbərlər
- “DOST” İş Mərkəzi Vilyam Hacıyevə qarşı 275 min manatlıq mülki iddia qaldırıb
- Bakı sakini dostuna vinçesterlə atəş açıb
- Aygün Attar “Dostluq” ordeni ilə təltif edilib
- Putin dost olmayan ölkələrə qazın rublla satılması haqqında fərman imzalayıb
- Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edilib
- Rusiyanı dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dostlarının evinə qonaq gedən şəxslər 21 min manatlıq oğurluq edib
- Gəncə sakini dostunu bıçaqlayıb
- Mehriban Əliyeva: "Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!"