Bak-Tbilisi qatarında baş vermiş hadisənin SƏBƏBİ məlum olub


10:03     09 İyul 2019 2019/07/train_gatar_240718_1562652284.jpg

Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.


Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Femida.az-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 266


Oxşar xəbərlər