Masallıda 8 nəfərin öldüyü qəzanın görüntüləri yayıldı (FOTO/VİDEO)


10:22     09 İyul 2019 19_07_09_1562653423.jpg

Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.


"Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "KAMAZ” markalı yük maşınına çırpılıb.

Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.

İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.

Femida.az oxu.az-a istinadən görüntüləri təqdim edir.








Açar sözlər:

Oxunub: 1477