18 yaşlı gənc küçədə qarət olundu


11:14     09 İyul 2019 2019/07/15318-1541494961_1562656622.jpg

Bakıda yeniyetmə oğlan qarət olunub.



Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 134 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Azadəliyev Murad Elxan oğlu tanışı Azər adlı şəxs tərəfindən təzyiqlərə məruz qalıb. Həmin şəxs M.Azadəliyevə hədə-qorxu gələrək onun "Samsung S-9" markalı telefonunu alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 343