Bakıda polis avtomobili qəza törətdi


11:21     09 İyul 2019 2019/07/62e49ee2-f0b5-4667-a7c5-4b16450222cd_1562656992.jpg


Bakıda Növbətçi Hissəyə aid polis avtomobili qəza törədib.

Hadisə paytaxtın Əlövsət Quliyev küçəsində qeydə alınıb.

Belə ki, Təbriz Xəlilbəyli küçəsindən Əlövsət Quliyev küçəsi istiqamətində hərəkət edən polis avtomobili qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər əzilib. / Report



Femida.az

Açar sözlər: #polis  

Oxunub: 537