Milli Məclisin gündəliyi dəyişdi


12:21     09 İyul 2019 milli_meclis_2013093009.jpg

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişb.


Femida.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.

O.Əsədov qeyd edib ki, 27, 37 və 38-ci (27. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), 37. "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş), 38. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə) məsələlər parlamentin iyulun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 347